"Çelsi"nin futbolçusu millinin heyətindən çıxarıldı

İngiltərə millisinin futbolçusu Koul Palmer zədə səbəbindən yığmanın heyətindən çıxarılıb.

Newsport.az xəbər verir ki, bu barədə yarımmüdafiəçinin formasını geyindiyi "Çelsi" klubunun mətbuat xidməti məlumat yayıb.

Məşq sırasında əzələsini dartan 22 yaşlı oyunçu millinin heyətindən kənarda qalıb.

O, İngiltərənin dünya çempionatının seçmə mərhələsində qarşılaşacağı Albaniya və Latviya görüşlərində iştirak edə bilməyəcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right