Ramosun transferindən sonra forma satışı yeddiqat artdı

Meksikanın "Monterrey" klubu məşhur futbolçu Serxio Ramosu transfer etməklə yüksək məbləğdə gəlir qazanıb.

Newsport.az xəbər verir ki, bu haqda klubun prezidenti Pedro Esquivel "El Financiero"ya müsahibəsində danışıb.

O, "Monterrey"in forma satışının yeddiqat artdığını diqqətə çatdırıb: "Sizə dəqiq rəqəmlər deyə bilmərəm. Amma 3 həftə ərzində normalda satdığımız formalardan yeddiqat çoxunu satdıq".

Qeyd edək ki, 39 yaşlı müdafiəçi fevral ayında "Monterrey"ə keçib və 5 oyuna 3 qol vurub. O, daha əvvəl “Sevilya”, "Real" və PSJ-nin formasını geyinib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right