"Roma"da Paulo Dibala şoku

İtaliyanın "Roma" klubunun heyətində ciddi itki baş verib.

Newsport.az xəbər verir ki, A Seriyası təmsilçisinin hücumçusu Paulo Dibala sıradan çıxıb.

Argentinalı futbolçu A Seriyasının 29-cu turunun "Kalyari" ilə matçında (1:0) ayaq əzələsindən zədə alıb. Təcrübəli forvard təxminən 1 ay yaşıl meydanlardan uzaq qalacaq.

Dibala Argentina millisinin düşərgəsinə qoşula bilməyib. O, yığmanın DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Braziliya və Uruqvaya qarşı keçirəcəyi oyunlarda iştirak etməyəcək.

Qeyd edək ki, Paulo Dibala bu mövsüm "Roma"nın heyətində meydana çıxdığı 36 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right