Qrizmann Messinin rekordunu təkrarladı

“Atletiko”nun hücumçusu Antuan Qrizmann La Liqa rekordunu təkrarlayıb. Newsport.az xəbər verir ki, fransalı forvard “Barselona” ilə son görüşdə buna nail olub.

O, komandasının heyətində meydana çıxaraq, İspaniya çempionatında 520-ci matçını keçirib. Bununla Qrizmann La Liqada ən çox oyun keçirən əcnəbi futbolçu rekordunu təkrarlayıb. O, “Barselona”nın sabiq kapitanı Lionel Messinin göstəricisinə çatıb.

Qeyd edək ki, “Atletiko” “Barselona”ya 2:4 hesabı ilə məğlub olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right