Argentina millisində daha bir itki

“Roma”nın yarımmüdafiəçisi Paulo Dibala bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Newsport.az xəbər verir ki, o, İtaliya A Seriyasının XXIX turunda “Kalyari” ilə oyunda (1:0) zədələnib.

Ulduz futbolçu qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olsa da, 11 dəqiqə sonra xəsarət alıb. Müayinə nəticələrinə əsasən, 31 yaşlı oyunçunun sol budunun yarımquru əzələsində zədə aşkarlanıb.

Dibala DÇ-2026-nın seçmə mərhələsində Argentina millisinin Uruqvay və Braziliya ilə oyunlarında iştirak edə bilməyəcək. Komanda martın 22-də Uruqvayla səfərdə, dörd gündən sonra Braziliya ilə evdə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl kapitan Lionel Messi də zədə səbəbindən Argentina millisindən kənarda qalıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right