“Barselona” - “Osasuna” oyununun vaxtı açıqlandı

La Liqanın 27-ci turunun təxirə salınmış “Barselona” - “Osasuna” oyununun keçiriləcəyi vaxt müəyyənləşib.

Newsport.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyası məlumat yayıb.

Görüş martın 27-də oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Sözügedən matç əvvəlcə martın 8-də keçirilməli idi. Lakin qarşılaşma Kataloniya klubunun həkimi Karles Minarro Qarsianın vəfatı səbəbindən təxirə salınmışdı.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right