"Liverpul" yunan müdafiəçi üçün danışıqlara başladı

"Liverpul" müdafiəçi axtarışındadır.

Newsport.az “The Sun”a istinadən xəbər verir ki, Mersisayd təmsilçisi istədiyi müdafiəçini Almaniyada tapıb.

İngiltərə klubu “Volfsburq” Konstantinos Kulerakisi transfer etmək istəyir. Artıq tərəflər arasında danışıqlar başlayıb.

21 yaşlı müdafiəçinin “Volfsburq”la müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir. Yunanıstan millisinin müdafiəçisi 2024-cü ildə PAOK-dan “Volfsburq”a keçmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right