“Liverpul” “Atletiko”nun hücumçusu ilə maraqlanır

“Liverpul” “Atletiko”nun hücumçusu Xulian Alvareslə maraqlanır.

Newsport.az xəbər verir ki, bu barədə “Anfield Watch” nəşri məlumat yayıb.

“Atletiko” argentinalı futbolçu ilə maraqlanan klublardan 100 milyon funt-sterlinqdən (119 milyon avro) çox pul istəyəcək. Mersisaydlıların Alvaresi almaq üçün müqaviləyə forvard Darvin Nunyesi də daxil edə biləcəyi vurğulanır. “Qırmızılar” uruqvaylı oyunçuya 80 milyon funt-sterlinq (95,2 milyon avro) qiymət qoyub.

25 yaşlı Alvares bu mövsüm bütün turnirlərdə 43 oyun keçirib, 22 qol vurub və 5 məhsuldar ötürmə edib. Onun klubu ilə hazırkı müqaviləsinin müddəti 2030-cu ilin yayına kimi nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right