Ançelotti təqvimdən şikayətləndi: "Başa düşə bilmirəm"

"Real"ın baş məşqçisi Karlo Ançelotti sıx matç təqvimindən şikayətlənib.

Newsport.az xəbər verir ki, italyan mütəxəssis istirahət edə bilmədiklərini bildirib:

"Təqvimi başa düşə bilmirəm. Tam istirahət etmək üçün 72 saatdan daha çoxuna ehtiyacımız var. Yanvar ayından bu yana 2-3 gündən bir oyun oynayırıq. Bu, hər kəs üçün çətindir".

Qeyd edək ki, "Real" çərşənbə günü Çempionlar Liqasında"Atletiko" ilə qarşılaşıb. Madrid təmsilçisi bu gün isə La Liqada"Vilyarreal"la üz-üzə gələcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right