Harri Keyndən unikal nailiyyət

"Bavariya"nın futbolçusu Harri Keyn Çempionlar Liqasında yeni uğura imza atıb.

Newsport.az "Opta Sports"a istinadən xəbər verir ki, o, buna ötən gecə 1/8 finalın "Bayer"lə cavab görüşündə (2:0, ilk oyun - 3:0) fərqlənməklə nail olub. 

Harri cari mövsüm turnirdəki qollarının sayını 10-a çatdırıb. Bununla da 31 yaşlı hücumçu Çempionlar Liqasının bir mövsümündə 1 qol vurmağı bacaran ilk ingiltərəli futbolçu olub. 

Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 36 matçaa çıxıb, 32 qol vurub və 11 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right