Dyökereş Amorimin yanına getməkdən imtina etdi

Viktor Dyökereş “Mançester Yunayted”ə keçməkdən imtina edib. İngiltərə klubunun yayda heyətinə qatacağı gözlənilən hücumçu fərqli qərar verib.

Newsport.az xəbər verir ki, “Sportinq”in isveçli hücumçusu sabiq baş məşqçisi Ruben Amorimin yanına getməyi planlaşdırırdı. Portuqaliya klubu qışda oyunçunu buraxmadı və mövsüm bitən kimi keçid rəsmiləşməli idi. Lakin indi vəziyyət dəyişib. Mançesterlilərin uğursuz çıxışı əsas səbəbdir.

Macar əsilli oyunçu Çempionlar Liqasında oynamaq istəyir, “qırmızı şeytanlar”ın isə hətta avrokuboklara vəsiqə qazanacağı sual altındadır. Bu səbəbdən hücumçu menecerinə digər iddialı klubların təkliflərni nəzərdən keçirməyi tapşırıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right