Karvahal derbidə oynaya bilər

Dani Karvahalın zədəsi proqnozlaşdırılandan tez sağalır. İspan müdafiəçinin mövsümü erkən qapadığı bildirilsə də, “Real”ın həkimləri onu ayağa qaldıra bilib.

Newsport.az xəbər verir ki, sağ cinah müdafiəçisinin hətta sabah “Atletiko” ilə Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda meydana çıxmaq şansı yaranıb. Həkimlər futbolçu haqda matç günü yekun qərarı verəcək.

Baş məşqçi Karlo Ançelotti arxa xəttdəki çətinliklərdən əziyyət çəkir. İtaliyalı mütəxəssis oyunçu çatışmazlığı üzündən digər amplualı oyunçuları fərqli mövqelərə çəkir. Bu baxımdan Karvahalın dönüşü onu sevindirir. Lakin futbolçunun sağlamlığı ilə risk edilməyəcək. İlk oyunda 2:1 hesabı ilə qalib gələn “Real”ın məşqçiləri tam hazır olduğu halda Danini Madrid derbisində meydana buraxacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right