“Bolonya”nın yarımmüdafiəçisi Covanni Fabbian Milana qayıda bilər. Amma 22 yaşlı futbolçunun şəhərin hansı komandasında oynayacağı bilinmir.
Newsport.az xəbər verir ki, “İnter” yetirməsini 2023-cü ilin avqustunda 5,3 milyon avro qarşılığında bolonyalılara satıb. Lakin müqavilədə onu 12 milyon avro qarşılığında geri almaq imkanı verən bənd var. Hazırda “neradzurra” bu barədə düşünmür. Lakin “Milan”ın Fabbiana müştəri düşməsi vəziyyəti dəyişə bilər.
Şəhərin eyniadlı klubu yayda 2028-ci ilədək müqaviləsi olan yarımmüdafiəçini 15 milyon avro ödəyərək almaq niyyətindədir. “Bolonya” keçidə razıdır. Lakin oyunçunun hansı klubu seçməsinə məhz “İnter”in qərarı təsir edəcək.