MBA-da bu gecə bir neçə maraqlı oyun baş tutub.
“Oklahoma Siti Tanders”lə “Denver Naggets” son 3 gün ərzində ikinci dəfə qarşılaşıb. Bu dəfə “Naggets” qalib gəlib – 140:127. Nikola Yokiçin aktivində dabl-dabl var. O, görüşü 35 xal və 18 ribaundla tamamlayıb. Camal Mürrey 34 xal yığıb. Meydan sahiblərinin heytində kanadalı Dort 26 xal toplayıb.
Luka Donçiçin tripl-dablına baxmayaraq, “Leykers” “Bruklin Nets”lə bacarmayıb – 108:111. Daha bir tripl-dablı Cimmi Batler edib. Onun şərəfini qoruduğu “Qolden Steyt Vorriors” Portlend təmsilçisinə 130:120 hesabı ilə qalib gəlib.
“Hyuston Rokets” evdə “Orlando Mecik”dən üstün olub – 97:84. Alperen Şengün oyunu 14 xal və 14 ribaundla tamamlayıb.