Türkiyə Super Liqasında 27-ci turun görüşləri davam edir.
Newsport.az xəbər verir ki, səfərdə "Alanyaspor"un qonağı olan lider "Qalatasaray" 2:1 hesablı qələbəyə sevinib."Cim-bom" ilk hissədə 0:1 hesabı ilə geri düşsə də, ikinci hissədə 2 qol vuraraq geridönüş etməyi bacarıb.
Qeyd edək ki, "Qalatasaray" bu qələbə ilə xallarının sayını 68-ə çatdıraraq çempionluq yolunda inamla irəliləyir. "Fənərbaxça" isə 1 oyun əksiklə 61 xalla 2-ci pillədə qərarlaşıb.