Azərbaycan boksçusu Monteneqroda qızıl medal qazandı

Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirinə yekun vurulub.

Newsport.az Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Azərbaycan millisi yarışda 1 qızıl və 3 bürünc medal qazanıb.

Turnirin son günündə Zidan Hümbətov (54 kq) finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşüb. 4:1 (29:28, 29:28, 29:28, 29:28, 28:29) hesabı ilə qələbə qazanan boksçumuz “Adriatik incisi”nin qalibi olub.

Ondan öncə Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) bürünc medala yiyələniblər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right