“Bayern”in futbolçusu Kinqsli Koman yayda başqa kluba keçə bilər.
Newsport.az xarici KİV-ə istinadən xəbər verir ki, dəfələrlə bildirildiyi kimi, Münhen klubu yüksək maaşlı fransalı futbolçu üçün təklifləri nəzərdən keçirməyə hazırdır. Səudiyyə Ərəbistanının “Əl-Hilal” və “Əl-Nəsr”, həmçinin İngiltərə Premyer Liqasının bəzi klubları namizədlər sırasındadır.
28 yaşlı vingerin “Bayern”lə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir. O, bu mövsüm 33 matçda 6 qol vurub və 4 məhsuldar ötürmə edib.