Türkiyə Super Liqasında 27-ci turun görüşləri davam edir.
Newsport.az xəbər verir ki, öz meydanında "Hatayspor"u qonaq edən "Trabzonspor" gözlənilmədən 1:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, Qaradəniz təmsilçisi bu məğlubiyyətdən sonra 32 xalla 10-cu pillədə qərarlaşıb. "Hatayspor" isə bu mövsüm 3-cü qələbəsini alaraq 16 xalla 18-ci pillədədir.