"Qalatasaray" Neymarı heyətinə qatmaq istəyir

"Santos"un futbolçusu Neymar Türkiyə Super Liqasında oynaya bilər.

Newsport.az xəbər verir ki, "Qalatasaray" braziliyalı vingerin xidmətində maraqlıdır. Bu barədə "Elnacionalcat" məlumat yayıb.

İstanbul nəhəngi Neymarla danışıqlara başlamağa hazırlaşır. "Qalatasaray" rəhbərliyi ulduz futbolçunun tələblərini qarşılamağa hazırdır.

Qeyd edək ki, yanvar ayında "Əl-Hilal"dan ayrılan Neymar azad agent statusu ilə "Santos"a keçib. Onun klubla müqaviləsi yayda başa çatır. 33 yaşlı ön xətt oyunçusu Braziliya klubunun heyətində keçirdiyi 9 oyunda 3 qol vurub, 3 assist edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right