FIFA klublara 930 milyon avro ödəyəcək

Klublararası dünya çempionatı üçün mükafat fondu təsdiqlənib. Newsport.az xəbər verir ki, FIFA Şurası turnirdən qazanılacaq gəlirlərin 100 faizini – təxminən 930 milyon avronu klublara ödəyəcək.

Əlavə gəlirlərin bir hissəsi isə əvvəlki həmrəylik mexanizminə əsasən, turnirə qatılmayan klublar arasında bölüşdürüləcək. FIFA turnirdən təxminən 1,86 milyard avro qazanc götürməyi hədəfləyir. Bunun yarısı yayım gəlirlərindən, yarısı isə kommersiya müqavilələrindən olacaq.

Mükafatların bölüşdürülməsi ilə bağlı son detallar hələlik təsdiqlənməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right