Paulo Fonsekaya ağır cəza verildi

Fransa "Lion"unun baş məşqçisi Paulo Fonseka ağır cəza ilə üzləşib.

Newsport.az Liqa 1-in mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis 9 ay müddətinə diskvalifikasiya olunub.

Fonseka Liqa 1-in 24-cü turunda "Brest"lə matçın 90+4-cü dəqiqəsində mümkün penalti epizodunu yoxlamaq üçün VAR-a yaxınlaşan baş hakim Benoit Milyoya sərt reaksiya göstərib.

Həmin vaxt referi Fonsekanı qırmızı vərəqə ilə cəzalandırıb. Baş məşqçi isə daha da əsəbiləşərək hakimə hücum edib. Onu futbolçular sakitləşdiriblər.

Qeyd edək ki, Fonseka bu ilin yanvar ayının 31-də "Lion"a baş məşqçi təyin olunub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right