“Yuventus”da ciddi itki

“Yuventus”un cinah oyunçusu Fransisko Konseysao zədələnib

Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı portuqaliyalı sağ budunun əzələsindən zədə alıb. O, təxminən 10 gün komandasına kömək edə bilməyəcək.

Beləliklə, Fransisko A Seriyasında “Atalanta” və “Fiorentina” ilə oyunları buraxacaq.

Bu mövsüm Konseysao 29 matça çıxıb, 5 qol vurub və 4 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right