“Real”ın yarımmüdafiəçisi Madrid derbisini buraxacaq

“Real”ın yarımmüdafiəçisi Federiko Valverde Çempionlar Liqasının 1/8 final mərhələsində “Atletiko” ilə ilk oyundan əvvəlki məşqləri buraxıb.

Newsport.az xəbər verir ki, uruqvaylı futbolçu qasıq əzələsindəki problemlərə görə fərdi qaydada məşq edib.

O, artıq bir aydan çoxdur ki, budun iki başlı əzələsində narahatlıq hiss edir. Valverdenin “Atletiko”ya qarşı matçda iştirakı gözlənilmir. Madrid klubları arasındakı ilk qarşılaşma bu gün keçiriləcək.

Qeyd edək ki, Federiko Valverde cari mövsüm bütün turnirlərdə 40 oyunda 8 qol vurub, 6 məhsuldar ötürmə verib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right