“Mançester Yunayted”in sabiq məşqçisi milliyə baş məşqçi təyin edildi

İngiltərənin “Mançester Yunayted” klubunun sabiq məşqçisi Benni Makkarti Keniya millisini çalışdıracaq.

Newsport.az xəbər verir ki, bu barədə Keniya Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

47 yaşlı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

Cənubi Afrika yığmasının sabiq futbolçusu 2022–2024-cü illərdə “Mançester Yunayted”də Erik ten Haqın köməkçisi olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right