Levandovskinin ən məhsuldar mövsümü

Robert Levandovski “Barselona"da ən məhsuldar mövsümünü keçirir.

Newsport.az xəbər verir ki, 36 yaşlı polşalı hücumçu son olaraq İspaniya La Liqasının XXVI turunda “Real Sosyedad”la oyunda fərqlənib.

Matçın 60-cı dəqiqəsində vurduğu qolla komandasının 4:0 hesablı qələbəsinə töhfə verən Leva cari mövsüm klub səviyyəsində qol sayını 34-ə çatdırıb. Bu isə onun “Barselona” karyerasında ən məhsuldar mövsümüdür. Levandovski La Liqada 21, Çempionlar Liqasında 9 qol, İspaniya Kubokunda 3, İspaniya Superkubokunda isə 1 qol vurub.

Qeyd edək ki, Robert Levandovski ötən mövsüm 26, ondan əvvəlki mövsüm isə 33 qol vurmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right