“Ronaldonun istirahət etməsini məsləhət bildik”

Kriştianu Ronaldonun İrana yollanmamasının səbəbi yorğunluğu ilə bağlıdır. Bu barədə “Əl-Nəsr”in baş məşqçisi Stefano Pioli məlumat verib.

Newsport.az xəbər verir ki, Səudiyyə Ərəbistanı klubunun çalışdırıcısı deyib: “Çox ciddi zədəsi yoxdur. Lakin fiziki hazırlıqla bağlı problemi var idi, bir az dincəlməliydi. Bu səbəbdən istirahət etməsini məsləhət bildik. Ronaldonun İrana gəlməməsi yerli azarkeşlər üçün üzücü xəbərdir, amma biz onun zədələnmə riskini nəzərə almaya bilməzdik”.

Xatırladaq ki, “Əl-Nəsr” Asiya Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda bu gün “İstiqlal”ın qonağı olacaq. Ərəblər Ronaldonun təhlükəsizliyini təmin etmək üçün İran klubundan görüşü neytral ərazidə keçirməyi xahiş etmiş, qarşı tərəf razılaşmamışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right