Qvardiola Rodrini tələsdirməyəcək

Xosep Qvardiola risk etməyəcək. O, uzunmüddətli zədədən sonra məşqlərə qayıdan Rodrinin tam bərpa olunmasını gözləyəcək.

Newsport.az xəbər verir ki, “Mançester Siti”nin baş məşqçisi İspaniya yığmasının yarımmüdafiəçisinin yaşıl meydanlara dönüşünə sevinir: “Rodri əla görünür. Əlbəttə, axmaqlıq edib onu tez oynaması üçün tələsdirməyəcəyik. Tam sağalmalıdır. Topa toxunduqda özünə güvəni daha da artır, xoşbəxt olur. Belə tez ayağa durmağını gözləmirdim. Klublararası Dünya Çempionatına kimi sağala bilər. Bəlkə də Premyer Liqada mövsüm bitməmiş meydana qayıtdı. Hər şeybərpa prosesinin gedişindən asılıdır”.

Xatırladaq ki, ötən ilin sentyabrında sıradan çıxan Rodri dizində çarpaz bağlarının qırılması üzündən əməliyyat olunmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right