Yığmamızın üzvü 90 dəqiqə oynadı

Milli komandamızın müdafiəçisi Zamiq Əliyev Albaniyanın “Eqnatiya” klubunda növbəti oyununu keçirib. Newsport.az xəbər verir ki, o, ölkə çempionatının 26-cı turu çərçivəsində "Tueta" ilə ev matçında iştirak edib.

Qarşılaşmada qalib müəyyənləşməyib - 1:1. Zamiq start heyətdə yer alıb və oyunu əvəzlənmədən keçirib.

Qeyd edək ki, “Eqnatiya” hazırda 49 xalla birinci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right