A Seriyasının ortabablarından olan “Cenoa”nın yaxşı çıxışı futbolçularına olan marağı artırıb. Komandanın bir neçə futbolçusu digər klubların hədəfindədir.
Newsport.az xəbər verir ki, Koni de Vinterlə “Vest Hem” maraqlanır. 22 yaşlı belçikalı stopperin İtaliya təmsilçisi ilə 3 illik müqaviləsi qalır. Ötən yay “Yuventus”dan 8 milyon avroya alınan oyunçunun keçidi üçün indi 12 milyon tələb olunur.
Genuyalıların digər oyunçusu Xuan Vaskesə maraq daha böyükdür. Meksikalı mərkəz müdafiəçisini “Atalanta”, “Ştutqart” və “Vilyarreal” istəyir. 26 yaşlı futbolçunun transferi üçün 10 milyon avro ödəyən istəyinə çatacaq.