"Beşiktaş" niderlandlı ilə maraqlanır

"Alanyaspor"un legioneri Tonni Vilhena Türkiyədə komandasını dəyişə bilər.

Newsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Beşiktaş"ın maraq dairəsindədir.

Belə ki, "qara qartal" "Panatinaikos"a məxsus oyunçunun keçidini yayda həll etməyə çalışır. Vilhena “Feyenoord”, “Krasnodar”, “Espanyol”, “Salernitana”da oynadıqdan sonra 2023-cü ildə “Panatinaikos”a keçib.

Onun Yunanıstan nəhəngi ilə müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right