Daha bir azərbaycanlı Polşa klubunda oynayacaq

Daha bir azərbaycanlı futbolçu Polşada çıxış edəcək.

Newsport.az saytına verilən məlumata görə, son olaraq Latviyada “Qrobinya”da oynamış Nazim Məmmədzadə Polşa 3-cü liqasında çıxış edən “Flota” ilə anlaşıb. Artıq Məmmədzadə bu klubla mövsümün sonuna qədər müqavilə imzalayıb.

Həmyerlimiz artıq Polşaya yollanıb və rəsmi müqavilə imzalayıb, sənədləri də federasiyaya göndərilib və qarşıdakı matçlarda meydana çıxa biləcək. Müdafiəçi və yarımmüdafiəçi kimi oynaya bilən 24 yaşlı futbolçu “Renova”(Ş.Makedoniya), “Moralo”, “Marino Luanko”(hər ikisi İspaniya), “Qrobinya”da oynayıb.

Qeyd edək ki, Rahil Məmmədov və Renat Dadaşov "Radomyak"da, Ricat Qarayev isə "Czarni Polaniec"də oynayır





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right