Sabiq "Qarabağ"lı: "Azərbaycanda oynamaq super idi"

"Qarabağ"ın sabiq qapıçısı Andrey Lunyov ölkəsinin mətbuatına açıqlama verib.

Newsport.az xəbər verir ki, championat.com saytına danışan hazırda "Dinamo"da çıxış edən rus qolkiper Azərbaycandakı karyerasının yaxşı keçdiyini bildirib:

"Azərbaycanda oynamaq super idi, hər cəhətdən. Həm avrokuboklarda, həm də yerli çempionatda uğurlu mövsüm keçirdik. Həmçinin, ölkə kubokunu qazandıq. Daha da yaxşısını edə bilərdik".

Qeyd edək ki, Andrey Lunyov 2023/2024 mövsümündə "Qarabağ"ın formasını geyinib. 33 yaşlı qapıçı Ağdam təmsilçisinin heyətində 34 rəsmi matçda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right