Joze Mourinyo və Okan Buruk cəzalandırıldı

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo və "Qalatasaray"ın çalışdırıcısı Okan Buruk Türkiyə Futbol Federasiyası tərəfindən cəzalandırıb. Newsport.az xəbər verir ki, bu barədə qurum rəsmi məlumat yayıb.

Superliqanın 25-ci turunda keçirilən derbidən sonra Mourinyo hakimlər otağına daxil olmuş, türkiyəli referilərin ünvanına xoşagəlməz sözlər demiş və mətbuat konfransında rəqib futbolçuları “meymun” adlandırmışdı. Bunlara görə portuqaliyalı mütəxəssisə 4 oyunluq cəza verilib.

Okan Buruk isə derbidən sonra mətbuat konfransında səsləndirdiyi qeyri-etik sözlərə görə 1 oyunluq cəzaya məruz qalıb.

Qeyd edək ki, İstanbul derbisi 0:0 hesabı ilə nəticələnib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right