Türkiyə Futbol Federasiyası "Fənərbaxça"nın çalışdırıcısı Joze Mourinyonu və "Qalatasaray"ın baş məşqçisi Okan Buruku cəzalandırıb.
Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Joze Mourinyo Superliqanın 25-ci turunun "Qalatasaray"la səfər matçından sonra hakimlər otağına daxil olmuş, türk hakimlərin ünvanına xoşagəlməz ifadələr səsləndirmiş və mətbuat konfransında rəqib futbolçuları meymun adlandırmışdı. O, bu səbəbdən 4 oyunluq cəzalandırılıb.
Okan Buruk isə həmin görüşdən sonra mətbuat konfransında dediyi qeyri-etik sözlərə görə 1 oyunluq cəza alıb.
"Fənərbaxça" azarkeşlərinin tribunada yaratdığı insidentlər səbəbindən qarşıdakı 2 səfər matçını azarkeşsiz keçirməli olacaq.
Eyni zamanda "Qalatasaray"ın prezidenti Dursun Özbek 34 gün müddətinə hüquqlarından məhrum edilib və 3 milyon türk lirəsi məbləğində cərimələnib.
Qeyd edək ki, İstanbul derbisi 0:0 hesabı ilə yekunlaşıb.