Meksikada zəhərlənmə idmançıların imtinası ilə nəticələndi

Meksikanın Akapulko şəhərində keçirilən ATP-500 turnirində bir neçə güclü tennisçi qida zəhərlənməsi səbəbindən çıxışlarını başa vurub.

Dünyanın beşinci raketkası norveçli Kasper Ruud mədəsində problem olduğunu əsas gətirərək, meksikalı Rodriqo Paçeko Mendezlə turnirin ikinci tur matçına çıxmayıb. Dünyanın 13-cü raketkasi danimarkalı Holger Rune amerikalı Brendon Nakaşima ilə görüşdə ilk üç oyunda məğlub olaraq mübarizəni davam etdirməkdən imtina edib. O, daha sonra sosial şəbəkə səhifəsində qidadan zəhərləndiyini yazıb. ATP reytinqində 10-cu pillədə qərarlaşan amerikalı Tommi Pol həmyerlisi Markos Gironla görüşdən çəkilib.

Digər amerikalı Aleks Mikelsen kanadalı Denis Şapovalovla (3:6, 4:6) görüşü başa vursa da, səhhətində problemlər olduğunu da bildirib. Amerikalı Lehner Tinə məğlub olan dünyanın ikinci raketkasi, almaniyalı Aleksandr Zverevinin də qidadan zəhərlənməsi ilə bağlı məlumat var.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right