Jorjinyo Juninyonun komanda yoldaşı olacaq

Qış fasiləsində “Qarabağ”dan Olavio Juninyonu alan “Flamenqo” heyətini gücləndirməkdə davam edir.

Newsport.az xəbər verir ki, heyətində Guillermo Varela, Gerson, Danilo, Everton və Aleks Sandro kimi tanınmış futbolçuları olan Braziliya klubu daha bir ulduz oyunçu ilə anlaşmaq üzrədir.

Klub rəhbərliyi “Arsenal”ın yarımmüdafiəçisi Jorjinyo ilə danışıqların son mərhələsindədir. Transferin bu həftə ərzində rəsmiləşməsi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” Juninyonun satışından 5 milyon avro qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right