Lionel Messi və Luis Suares cərimələnib

ABŞ-nin "İnter Mayami" klubunun futbolçuları Lionel Messi və Luis Suares cərimələnib.

Newsport.az xəbər verir ki, bu barədə MLS İntizam Komitəsi qərar çıxarıb.

Hər iki oyunçu "Nyu-York Siti" ilə I turun matçında və qarşılaşmadan sonra yaşananlara görə ziyana düşüblər. Cərimənin məbləği açıqlanmayıb.

L.Suares komandaların oyunçuları arasında yaşanan mübahisə zamanı rəqib müdafiəçi Birk Risanı boynundan tutub. Final fitindən sonra Messi baş hakimə narazılığını bildirib və uzun müddət ona nəyisə sübut etməyə çalışıb. Ədalət təmsilçisi isə ona sarı vərəqə göstərib.

Qeyd edək ki, görüş 2:2 hesabı ilə başa çatıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right