Xavi "Mançester Yunayted"ə "yox" deyib

“Barselona”nın keçmiş baş məşqçisi Xavi “Mançester Yunayted”i çalışdırmaqdan imtina edib.

Newsport.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

İngiltərə klubu Ruben Amorimin təyinatından əvvəl ispan mütəxəssisi Erik ten Haqın əvəzedicisi hesab edirdi. Lakin Xavi 2025-ci ilin yayına qədər istirahət etmək qərarına gəldiyi üçün bu təklifə "yox" deyib. 

Qeyd edək ki, Xavi 2024-cü ilin iyununda "Barselona"dan ayrılıb və hazırda klubsuzdur. O, 2021-ci ildən Kataloniya təmsilçisini çalışdırırdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right