Portuqaliya millisinin və “Əl-Nəsr”in futbolçusu Kriştiano Ronaldo karyerasının 925-ci qolunu vurub.
Newsport.az xəbər verir ki, o, Səudiyyə Ərəbistanı çempionatının 22-ci turunda “Əl-Vahda” ilə matçda fərqlənib. 40 yaşlı hücumçunun başla vurduğu zərbə dəqiq olub.
Bu qol onun karyerasında 925-ci qol olub. Həmin qollardan 790-ı klub səviyyəsindədir.
Qeyd edək ki, sözügedən oyunda “Əl-Nəsr” 2:0 hesabı ilə qalib gəlib. Komandanın digər qolunu isə 90+10-cu dəqiqədə penaltidən Sadio Mane vurub.