"Real" onunla razılıq əldə etdi

"Real" "Liverpul"un futbolçusu Trent Aleksander-Arnoldla şifahi razılıq əldə edib. 

Newsport.az xəbər verir ki, bu barədə "Cadena Ser" nəşri məlumat yayıb. 

Madrid klubu 26 yaşlı sağ cinah müdafiəçisi ilə 4 illik müqavilə imzalayacaq. İspaniya klubunda bu transferi artıq başa çatmış hesab edirlər. 

Bildirilir ki, İngiltərə millisinin üzvü "Liverpul"la bu mövsümün sonunda bitən müqaviləni uzatmaqdan imtina edib. 

Qeyd edək ki, Trent Aleksander-Arnold bu mövsüm İngiltərə təmsilçisinin heyətində 35 matça çıxaraq 3 qol vurub və 7 qolun ötürməsini edib. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right