"Mançester Siti"də Haaland müəmması

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandanın "Tottenhem"lə qarşıdakı Premyer Liqa oyununda Erlinq Haalandın iştirakının hələ də məlum olmadığını bildirib.

Newsport.az xəbər verir ki, Premyer Liqanin 25-ci turunda "Nyukasl"la matçda dizindən xəsarət alan forvardın zədəsi davam edir.

Qeyd edək ki, mövsüm ərzində bütün turnirlərdə 27 qol vuran norveçli hücumçu zədə səbəbindən son turdakı "Liverpul" la (0:2) görüşün iştirak ərizəsinə daxil edilməyib. Hazırda "şəhərlilər" turnir cədvəlində 44 xalla 5-ci pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right