“Give Me Sport” nəşri dünyanın ən yaxşı gənc məşqçilərinin adlarını açıqlayıb. Newsport.az xəbər verir ki, reytinqə “Bayer”in çalışdırıcısı Xabi Alonso başçılıq edir.
Reytinqin əsas meyarları arasında yaş (45-dən aşağı), qazanılmış böyük titullar, komanda üzərində təsir, turnirin rəqabət səviyyəsi və inkişaf potensialı göstərilib. Xabi Alonso 2023-24 mövsümünün sonunda Almaniyada “Qızıl dubl” edərək həm Bundesliqanı, həm də Almaniya Kubokunu qazanıb.
Almaniya millisinin baş məşqçisi Yulian Nagelsmann reytinqdə 3-cü yeri tutub və siyahıda yeganə yığma çalışdırıcısıdır.
Dünyanın ən yaxşı gənc məşqçiləri:
1. Xabi Alonso - “Bayer”
2. Mikel Arteta – “Arsenal”
3. Yulian Nagelsmann – Almaniya millisi
4. Andoni İraola – “Bornmut”
5. Ruben Amorim – “Mançester Yunayted”