“Bu oyunu türkiyəli hakim idarə etsəydi, fəlakət olardı”

“Fənərbağça”nın baş məşqçisi Joze Mourinyo Türkiyə Super Liqasının 25-ci turunda “Qalatasaray”la keçirilən oyundan (0:0) sonra rəqib futbolçularının ünvanına sərt ifadələr işlədib.

Rəqib futbolçularını meymuna bənzədən portuqaliyalı mütəxəssis oyundan sonra keçirilən mətbuat konfransında türkiyəli hakimləri də tənqid edib: “Rəqibin azarkeşlərinin 20-ci saniyədə etməyə çalışdıqları ilk iş 18 yaşlı futbolçumuza sarı vərəqə göstərmək oldu. Türkiyəli hakim olsaydı, matçın əvvəlində Yusufa vərəqə göstərilərdi və mən də onu oyundan çıxarmalı olardım. Hakimə təşəkkür etməliyəm. Çünki rəqib skamyasında oturanların hamısı Yusufa kart gösərilməsi üçün meymun kimi tullanırdılar. Yusuf yüksək səviyyəli oyunçudur. Matçdan sonra hakimlər otağına getdim. Slavko Vinçiçə buraya gəldiklərinə və bu böyük matçı idarə etdiklərinə görə təşəkkür etdim. Türkiyəli hakim də orada idi. Sonra ona dönüb dedim ki, əgər bu oyunu türkiyəli hakim idarə etsəydi, fəlakət olardı”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right