İspaniyanın "Barselona" klubu Lamin Yamalla yeni müqavilə bağlayacaq.
Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, tərəflər artıq bu barədə razılığa gəliblər.
Yeni anlaşmanın müddəti 2030-cu ilə qədər olacaq. Oyunçunun meneceri yekun detalları razılaşdırmaq üçün martın əvvəlində "Barselona" rəhbərliyi ilə görüşəcək. Yeni müqavilənin yayda rəsmi şəkildə elan ediləcəyi gözlənilir.
Qeyd edək ki, L.Yamalın klubla hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatır. Onun dəyəri 180 milyon avro qiymətləndirilir. 17 yaşlı futbolçu bu mövsüm meydana çıxdığı 33 oyunda 11 qola və 16 məhsuldar ötürməyə imza atıb.