“Sabah” “Mançester Siti”nin yetirməsindən imtina edib

Qış “transfer pəncərəsi”ndə müxtəlif menecerlər tərəfindən Azərbaycan klublarına çoxsaylı futbolçu təklif olunub.

Newsport.az saytının məlumatına görə, onlar arasında kifayət qədər tanınmış simalar da olub.

Həmin futbolçulardan biri də Fil Dişi Sahili millisinin sabiq yarımmüdafiəçisi Abdul Razakdır. “Mançester Siti”nin yetirməsi qış fasiləsində “Sabah”a təklif olunub. Lakin paytaxt təmsilçisi əvvəlki formasından uzaq olan 32 yaşlı orta sahə oyunçusuna ehtiyac duymayıb.

Qeyd edək ki, Abdul Razak “Mançester Siti” ilə yanaşı, İngiltərədə “Portsmut”, “Brayton”, “Vest Hem” kimi klublarda çıxış edib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right