PFL 2-ci Liqanın oyunlarını təxirə saldı

Peşəkar Futbol Liqası (PFL) 2-ci Liqanın sabah və birigün gün keçirilməli olan oyunlarını təxirə salıb.

Newsport.az-ın məlumatına görə, bu barədə PFL-in rəsmi saytı məlumat yayıb:

“Paytaxtda və regionlarda mövcud olan, eləcə də davam edəcəyi proqnozlaşdırılan qarlı hava şəraiti ilə əlaqədar olaraq  Peşəkar Futbol Liqası 2-ci Liqanın 24-25 fevral tarixlərində keçirilməsi nəzərdə tutulan oyunlarının təxirə salınmasına qərar verib. Oyunların 27, 28 fevral və 1 mart tarixlərində keçirilməsi qərara alınıb.

Oyunların təqvimi və başlama saatları ilə bağlı əlavə məlumat veriləcək”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right