Flik “Las Palmas”la matçda 2 əsas oyunçuya istirahət verəcək

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik “Las Palmas”la qarşıdakı oyun üçün heyətdə kiçik rotasiyalar etmək niyyətindədir.

Newsport.az “Marca”-ya istinadən xəbər verir ki, kataloniyalıların baş məşqçisi mərkəz müdafiəçisi Pau Kubarsi və yarımmüdafiəçi Qaviyə istirahət verməyi düşünür.

La Liqa matçı bu gün baş tutacaq. “Barselona” üç gün sonra isə kral kubokunun yarımfinalının ilk oyununda “Atletiko” ilə qarşılaşacaq.

Kataloniya klubu 25 turdan sonra La Liqanın turnir cədvəlinə başçılıq edərək, “Real”ı şəxsi görüşdəki qələbə sayəsində qabaqlayır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right