Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyaları (CONCACAF) "İnter Mayami"nin futbolçusu Lionel Messidən forma istəyən hakim Marko Antonio Ortis Navanı tənbeh edib.
Newsport.az xəbər verir ki, bu barədə CONCACAF-ın mətbuat xidməti məlumat yayıb. Ortis Nava "İnter Mayami"nin "Sportinq Kanzas Siti" ilə matçı bitəndən sonra Messiyə yaxınlaşıb və ondan formasını istəyib..
CONCACAF-ın bununla bağlı yaydığı açıqlamada bildirilib: "Hakimin hərəkəti ədalət təmsilçilərinin davranış kodeksinə uyğun gəlmir. O, səhvini etiraf edib, üzr istəyib və tətbiq olunan intizam tədbirlərini qəbul edib".