Monteneqro yığmasının kapitanı: "Azərbaycan millisi aqressiv komandadır"

Futbol üzrə Monteneqronun qadınlardan ibarət milli komandasının kapitanı Slajana Bulatoviç Millətlər Liqasının C4 qrupunun bu gün Bakıda Azərbaycan yığmasına qarşı keçirəcəkləri açılış oyunu ilə bağlı fikirlərini bölüşüb.

Newsport.az “vijesti.me” portalına istinadən xəbər verir ki, monteneqrolu xanım futbolçu ümidli danışıb:

"Daha yaxşı oynaya biləcəyimizlə bağlı motivasiyamız var. Azərbaycan millisi aqressiv komandadır. Bu baxımdan onlara uyğunlaşmaq üçün hər şeyi etməliyik".

Komandalar arasında "Liv Bona Dea Arena"da keçiriləcək görüşə saat 15:00-da start veriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right