UEFA reytinqi: Sloveniya Azərbaycana yaxınlaşır

Avropa Liqasının və Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra UEFA reytinqi açıqlanıb. Newsport.az xəbər verir ki, Avropada təmsilçisi qalmayan Azərbaycanın mövqeyi dəyişməyib.

Hesabında 19,625 xal olan ölkəmiz yenə 28-ci pillədə qərarlaşıb.

Qeydə alınan son nəticələrdən sonra Sloveniya reytinqdə Azərbaycana yaxınlaşıb. 19.468 əmsala malik Sloveniya siyahıda 29-cudu.

Qeyd edək ki, UEFA reytinqinə 106,624 əmsalla İngiltərə başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right